Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafinin din xadimlərinə, xətiblərə və təbliğatçılara ünvanladığı müraciətin mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Hörmətli din xadimləri, dəyərli xətiblər və Kərbəla mesajının əziz təbliğatçılarını səmimi qəlbdən salamlayıram.
Hazırda ilahi dəyərlərin dirçəldildiyi və Əhli-beytin (ə) böyük maarifinin təbliğ olunduğu Məhərrəm ayını yaşayırıq. Məhərrəm ayı dini bəsirətin artırılması, ağıl ilə İslam ümmətinin mənafeləri arasında vəhdətin möhkəmləndirilməsi mövsümüdür.
Bu gün təkəbbür cəbhəsi – ABŞ və Qüdsü işğal edən sionist rejimin başçılığı altında – hərtərəfli hibrid müharibə ilə İran xalqının iradəsini hədəfə aldığı bir vaxtda, din xadimlərinin “təbyin cihadı”nın mahiyyətini izah etmək və mübarizə meydanındakı cihadın əhəmiyyətini xalqa çatdırmaq missiyası daha da mühüm əhəmiyyət kəsb edir.
Bugünkü cihadın mühüm təzahürlərindən biri də resursların düzgün idarə olunması və məsuliyyətli istehlak mədəniyyətinin cəmiyyətdə möhkəmləndirilməsidir. Qənaət və israfdan çəkinmək resurslardan düzgün şəkildə istifadə etmək və tarazlıq həddini aşmamaq deməkdir. Qurani-Kərim bizi israf və bədxərclikdən ən sərt ifadələrlə çəkindirərək buyurur:
«إِنَّ الْمُبَذِّرِينَ كَانُوا إِخْوَانَ الشَّيَاطِينِ»
"Həqiqətən, israf edənlər şeytanların qardaşlarıdırlar."
(İsra, 27).
Bu yolda bizim əməli nümunəmiz həmişə şəhid Ayətullah Seyid Əli Xamenei olmuşdur. O, daim israfdan uzaq həyat tərzinin və ölkə resurslarından maksimum səmərəli istifadənin zəruriliyini xüsusi vurğulayırdı.
Şübhəsiz ki, bu gün də İslam Respublikasının rəhbəri və həmin nurani yolun davamçısı həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah onu qorusun) inqilabçı cəmiyyətin qənaət mədəniyyətinə və istehlakın düzgün təşkilinə söykənərək düşmənin iqtisadi müharibədəki məqsədlərini puça çıxarmasını gözləyir.
Yumşaq müharibənin zabitləri, minbər və mehrabın keşikçiləri olan siz əzizlərindən gözlənilir ki, izdihamlı Məhərrəm məclislərində Əhli-beytin (ə) nurani kəlamlarından istifadə edərək aşağıdakı üç həyati istiqaməti xüsusi diqqətdə saxlayasınız və bu mövzular barədə maarifləndirici çıxışlar edəsiniz:
1. Su istehlakının düzgün idarə olunması: Su ilahi əmanət və həyat mənbəyidir. Mövcud şəraitdə bu əsas nemətə qənaət etmək xeyir və təqva yolunda əməkdaşlığın bariz nümunəsidir:
«تَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ»
2. Enerji istehlakının düzgün idarə olunması: Enerji ölkənin iqtisadi gücünün və milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Elektrik enerjisi və yanacaqdan səmərəli istifadə müstəqillik çağırışına cavab vermək və düşmənin iqtisadi müharibəsinə qarşı mübarizənin bir hissəsidir. Enerji israfının qarşısının alınması barədə maarifləndirmə aparmaq dəyərli təbliğatçıların mühüm vəzifələrindəndir.
3. Plastik istehlakının idarə olunması: Ətraf mühitin çirkləndirilməsi yer üzündə fəsad törətməyin nümunələrindəndir. Ətraf mühitlə uyğun həyat tərzinin təbliği və ekoloji cəhətdən təmiz üsulların tətbiqi cəmiyyətin sağlamlığının qorunması və gələcək nəsillərin haqqının ödənilməsi deməkdir.
Hörmətli təbliğatçılar Məhərrəm və Səfər aylarında keçirilən mərasimlər və əzadarlıqlar zamanı insanları ictimai rifaha və milli sərvətlərin qorunmasına təşviq etməlidirlər. Şübhəsiz ki, bu üç sahədə ümumi qənaət milli təhlükəsizliyin dayağı və cəmiyyətimizin dini yetkinliyinin göstəricisidir.
Ümid edirik ki, həzrət İmam Zamanın (ə.f) inayəti, Aşura və Ərbəin məktəbindən ilham alınması sayəsində İmam Hüseynin (ə) mənəviyyat dolu əzası İranın qəhrəman xalqının maddi və mənəvi inkişafına zəmin yaradacaq.
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi


Xəbərin sonu 3\313
Rəyiniz